Bakı-Ələt yolunda baş verən zəncirvari qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB

Bakı-Ələt yolunda baş verən zəncirvari qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 31

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolunda baş verən zəncirvari qəza barədə açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq bu gün 16 radələrində Bakı- Qazax- Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşduğu bildirilib:

“Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.

***17:51

Bakı-Ələt yolunda zəncirvari qəza baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər digər sürücülər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Hadisə nəticəsində sözügedən ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər