Bakı aeroportunda şok - paxlavanın içindən 105 min dollar çıxdı - FOTO

Bakı aeroportunda şok - paxlavanın içindən 105 min dollar çıxdı - FOTO
Hadisə 1414

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar.

Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində "Gəncə paxlavası" yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı aeroportunda şok - paxlavanın içindən 105 min dollar çıxdı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını al...

1413 Hadisə 11:37 12 mart 2020

Son xəbərlər