Bakıda velosipedin vurduğu piyada velosipedçidən 2700 manat təzminat istəyir

Bakıda velosipedin vurduğu piyada velosipedçidən 2700 manat təzminat istəyir
Hadisə 3274

 

Bu gün Nəsimi Rayon məhkəməsində velosipedçi Ceyhun Rəhmanovun məhkəmə prossesi keçirilib.

BAKU.WS məlumat verir ki, hakim Elman İsayevin sədirliyi ilə keçirilən prossesdə Nazim Qədirovla onun qəsdən sağlamlığına zərər verməkdə təqsirləndirilən Ceyhun Rəhmanov anket məlumatlarına baxılıb. Ceyhun Rəhmanovun vəkili prossesə qatılmadığı üçün məhkəmə təxirə salınıb. 

Növbəti məhkəmə prossesi martın 3-nə təyin olunub.

BAKU.WS-ə açıqlama verən Ceyhun Rəhmanov hadisə barədə danışıb. O bildirib ki, Nazim Qədirovun şikayəti əsassızdır:

"20 yanvar ərazisində velosipedlə gedirdim. Həmin yoldada nə işıqfor, nə də piyada keçidi yoxdur. Avtobuslar dayanacaqda dayandığı üçün yolda sıxlıq yaranmışdı. Avtobusun sağ istiqaməti ilə gedəndə Nazim Qədirov avtobusun qarşı tərəfindən sürətlə keçməyə cəhd etdi. Nəticədə o hadisə baş verdi. Hadisə zamanı Nazim Qədirov huşunu itirmişdi. Mənim başımda kaska olduğu üçün yüngül xəsarət aldım. Üstündən bir müddət keçəndən sonra məni polisə şikayət etdi. Onu qəsdən vurduğumu iddia edir. Buna görə məndən 2700 manat pul tələb edirlər. Halbuki səhv onda olub. Avtobusun qarşı tərəfindən keçməyə cəhd etməklə özü öz həyatını təhlükəyə atıb. Bundan başqa hadisə vaxtı mən də xəsarət almışam, maddi ziyan mənə də dəyib. Belə çıxır ki, mən də ondan konpensasiya tələb etməliyəm?". 

Qeyd edək ki, hadisə ötən il 16 sentyabr tarixində baş verib.

Ayşən Ayxan

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsində qarşıdurma: bibər qazı buraxıldı (VİDEO)

Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsində qarşıdurma: bibər qazı buraxıldı (VİDEO)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. BAKU....

1437 Hadisə 16:25 02 fevral 2016

Son xəbərlər