Bakıda tələbəni döyüb öldürdülər
Bakıda ölüm hadisəsi baş verib.
BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.
Murad Səmədov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda metronun yaxınlığında soyğun - döyüb pulunu aldılar (VİDEO)
Bakıda soyğunçular metronun yaxınlığında 32 yaşlı kişiyə hücum edərək onu soyublar, özünə isə xəsarət yetiriblər. "Report" xəbər verir ki, hadisə Yasamal rayon...