Bakıda qısa ətəkli və parikli transvestitlər pulu ödəmək istəməyən kişini “cəzalandırdılar”
Bakının Qaradağ rayonunda soyğunçuluqla məşğul olan dörd transvestit hələ də azadlıqdadır. Cinsi azlıqların nümayəndələri növbəti cinayət əməlini həyata keçirsələr də, hələ də saxlanılmayıblar.
BAKU.WS-in xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsindən "Sputnik Azərbaycan”a bildiriblər ki, transvestitlərin növbəti qurbanı 1982-ci il təvəllüdlü Sabirabad sakini S.İ. olub. Adının açıqlanmasını istəməyən kişi 38-ci polis bölməsinə müraciət edərək bildirib ki, dörd homoseksual onun cibindən 400 manat pulu oğurlayıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Sabirabad sakini transvestitlərin intim xidmətindən istifadə edib, lakin onların pulunu ödəməyib. Nəticədə cinsi azlıqların nümayəndələri ondan pulu güclə alıblar. Həmçinin məlum olub ki, məhz bu "dördlük” bir neçə gün əvvəl yük maşınının sürücüsü 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Rahim Cəbrayılovu soyublar.
R.Cəbrayılov martın 27-dən 28-nə keçən gecə, Sahil qəsəbəsindən Bakı istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Gecə saatlarında Cəbrayılov santexnika malları daşıdığı "Ateko” markalı yük maşınını gömrük postundan 200 metr aralıda saxlayıb. Sürücü nəqliyyat vasitəsinin kabinəsindən çıxaraq təbii ehtiyacını yerinə yetirərkən qısa ətəkli və parikli bir neçə transvestit ona hücum çəkib. Onlardan ikisi Rahimin əllərini arxadan bağlayıb, digərləri isə onun ciblərini axtarıblar. Soyğunçular 1456 manatı mənimsəyərək aradan çıxıblar.
Polisdən bildiriblər ki, bu ərazidə transvestitlər bir neçə dəfə fahişəliklə məşğul olarkən görüntüləniblər. Əməliyyatçılar cinayətlərdə kimlərin əli olmasını təxmini bilirlər. Hüquq-mühafizə orqanlarından qeyd ediblər ki, son vaxtlar paytaxtda oğurluq hadisələri çoxalıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda translar yük maşının sürücüsünə hücum etdilər
Bakıda yük maşını sürücüsü transseksualların hücumuna məruz qalıb. BAKU.WS Bakıda cinsi azlıqların nümayəndələri yük maşınının sürücüsünü soyublar. Bu barədə...