Bakıda qeyri-adi oğurluq: kuryerə gətirtdiyi brilyantları...
06
mar
2019
08:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bir ayın içində bir neçə zərgərlik mağazasından oğurluq hadisəsi olub.BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, hadisə Mərkəzi Univermaq (MUM) və Moskva Univermağındakı zinət əşyaları mağazalarında qeydə alınıb.Mağazalardan oğurluq edən şəxs isə 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimovdur.Zərərçəkmiş şəxslər Trend-ə bildiriblər ki, M.Əbdürrəhimov zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edir. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlir. Məhsulları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edir və bildirir ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmır.Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində şübhəli şəxsin axtarışları davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bir gündə 30 minlik oğurluq edən Əfsanə danışdı – VİDEO
Bakıda bir gündə iki mənzildən 30000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. Saxlanılan şəxslər gördükləri əməlləri etiraf ediblər.Bu...