Bakıda qadın sevgilisilə birləşərək ərini doğrayıb meşədə basdırdı

Bakıda qadın sevgilisilə birləşərək ərini doğrayıb meşədə basdırdı
Hadisə 1884

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə Yasamal Rayon Prokurorluğundan report saytına bildiriblər. Verilən məlumata görə, bir müddət əvvəl Kamran Mahmudov adlı şəxs itkin düşüb. Onunla bağlı araşdırma aparılan zaman K. Mahmudovun həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü məlum olub. Həmin şəxslər meyidi hissələrə bölərək İsmayıllı rayonunda meşədə basdırıblar. Onlar saxlanılaraq istintaq orqanına təhvil veriliblər. İlkin məlumata görə, qadınla tanışı sevgili olublar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda qadın özünü asdı

Bakıda qadın özünü asdı

Bakının Nəsimi rayonunda evlərin birində asılmış qadın meyiti tapılıb. Nəsimi rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə Kazımovski küçəsin...

3238 Hadisə 10:13 07 sentyabr 2015

Son xəbərlər