Bakıda nəvəsinin cinsiyyət orqanını kəsib onu öldürən babanın videosu yayıldı
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.
Ağdam rayon sakini, 71 yaşlı Rafiq Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramova evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə onu danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.
"Bir anlıq özümü itirdim. Mənə yumruq atmaq istəyəndə qolunu tutdum. Yumruqla gicgahından vurdum. Nəvəmi boğmağa başladım. Daha sonra mətbəxt bıçağını gətirib cinsiyyət orqanını kəsdim", - deyə baba söyləyib.
Hadisədən sonra nəvəsinin meyitini parçaya bükərək çarpayının altında gizlədən baba yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit isə bir neçə gün orada qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar. Yenidən Bakıya qayıdan Rafiq Bayramov isə evdə özünü heç nədən xəbərsiz kimi aparıb. Sonra isə nəvəsinin meyitini maşınına mindirərək Ağdamda basdırmağa aparıb.
VİDEO: AZPOST
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ata 13 yaşlı qızını niyə öldürdü? ŞOK cinayətin TƏFƏRRÜATI (VİDEO)
Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı. Qətl hadisəsi Quba rayonunun Alpan kəndində qeydə alınıb. ARB Şimal xəbər verir ki, kənd sakini Əşrəf Süleymanov...