Bakıda məscid axundu öldürüldü - Tanınmış dindar ailədə FACİƏ

01
apr
2019
11:03
Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda qeydə alınıb.Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.Hüseynbala hadisə yerindən qaçıb.Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.Musavat.com bildirir ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır. Hacı Kamran özü də dini çevrələrdə tanınan sima idi.BAKU.WS
Oxşar xəbərlər
Hüseynbala Mirələmov: "Axı sən kimsən ki, içib Şeyxi dolayırsan?.."
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov akademik Abel Məhərrəmovun Bakı Dövlət Universiteti...
