Bakıda bağça müəlliməsindən körpəyə qarşı inanılmaz hərəkət (FOTO)

Bakıda bağça müəlliməsindən körpəyə qarşı inanılmaz hərəkət (FOTO)
Hadisə 3543

 

Bakıda bağcaların birində xoşagəlməz hadisə olub. 

BAKU.WS məlumat verir ki, bu haqda sosial şəbəkədə Şəhriyyə Qəzənfərqızı adlı istifadəçi məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, balaca uşaq müəlliməsinə gül aparıb, müəllimə isə gülü alaraq zibil qabına atıb:

"Qızım hər gün bağçaya gedəndə həyətdən qızılgül dərir ki, müəlliməmə verəcəm. Həmişə Almaz müəlliməsinə verirdi, dünən Aygün müəlliməsinə verib. Müəllimə də gül balaca olduğuna görə onu uşağın gözü önündə zibilə atıb. Bu gün yenə qızım gül dərdi və getdik. Bağçaya çatanda gülü mənə verdi ki, evə aparım. "Ana, onsuz da müəlliməm onu zibilə atır" dedi. Bu, qızıma o qədər pis təsir etmişdi ki, gözləri dolmuşdu. Bunu müəlliməsinə dedim. Və uşağın qəlbini belə qırmaq olmaz, uşaq artıq sizə gül vermək istəmir deyə iradımı bildirdim. Əvəzində "verməsin də" deyə cavab aldım. Üzümü tutub burdan bütün müəllimlərə demək istəyirəm. Xüsusilə də bağça və ibtidai sinif müəllimlərinə. Müəllim ilk növbədə pedaqoq və psixoloq olmalıdır. Məhəbbəti özü qazanır, öz hərəkətləriylə. Əgər uşaqların nazını çəkə bilmirsizsə, o peşəni korlamayın. Xahiş edirəm".

Sosial şəbəkə istifadəçiləri müəllimənin bu davranışını tənqid edib. 

BAKU.WS

Son xəbərlər