Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb

07
dek
2022
15:33
Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Oxşar xəbərlər
Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi
Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə...
