AzTU-nun professoru 89 yaşında vəfat edib - FOTO

AzTU-nun professoru 89 yaşında vəfat edib - FOTO
Foto
Hadisə 172

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a AzTU-dan məlumat verilib.

Qeyd edək ki, Ç.Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb.

1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb. 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda alim vəfat edib

Azərbaycanda alim vəfat edib

AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib. BAKU.WS Report-a istinadla xəbər verir ki, mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat ol...

188 Hadisə 21:19 11 iyul 2022

Son xəbərlər