Azərbaycanda əməliyyat olunan uşağın ayağında iynə qaldı (VİDEO)

Azərbaycanda əməliyyat olunan uşağın ayağında iynə qaldı (VİDEO)
Video
Hadisə 1458

 

Şamaxı rayon Muğanlı kənd sakini Soltanlı Manafın ayağına diqqətizlik nəticəsində evdə iynə batıb. Uşağın harayına gələn atası onu Şamaxı rayon Mərkəzi xəstəxanasına gətirib. Manaf rentgen müayinəsindən keçib və onun sağ ayağının baş barmaq nahiyəsində yad cisim olduğu təsbit edilib. Dərhal əməliyyat otağına aparılan Manafın ayağında cərrahiyə əməliyatı aparılıb.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Vüsal Soltanlının sözlərinə görə, əməliyyatdan bir neçə gün sonra uşağın ayağında şişlər yaranıb, o təkrar Manafı Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə gətirib.

Məlum olub ki, ikinci əməliyyatdan sonra rentgen müayinəsi olan Manafın ayağında iynə parçası aşkarlanıb. Cərrahiyə əməliyyatını icra edən həkim yad cisimin olduğun təsdiqləyib, amma onun uşağın sağlamlığı üçün təhlükə olmadığını bildirir. Əməliyyatı icra edərkən həkimə pul vermədiyini deyən xəstə yaxınları yalnız bu iynənin Manaf üçün təhlükəli olmadığını təsdiq edən tibbi arayış tələb ediklərini bildiriblər. Uşağın valideynləri isə bu əməliyyatı həyata keçirən həkimi şikayət edib. Cərrah da öz növbəsində xəstə yaxınlarının təzyiqlərindən bezdiyini və ona qarşı edilən şantajları dilə gətirərək Vüsal Soltanlını prokrorluğa şikayət edib.

Hazırda Şamaxı rayon prokurorluğunda sözügedən hadisə ilə bağlı cinayət işi açılıb. Fakt araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər