Azərbaycanda komitə sədrinin oğlunun avtomobilini qaçıranlar qəzaya düşüb öldü - FOTO
15
fev
2018
08:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.Faktla bağlı rayon polisində araşdırma aparılır.BAKU.WS


Oxşar xəbərlər
Azərbaycanda polislər qəzaya düşdü - Serjant öldü, baş leytenant yaralandı (FOTO)
Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in APA-ya istinadən xəbərin...