Azərbaycanda gənc şairin intiharının - ŞOK FAKTLARI

Azərbaycanda gənc şairin intiharının - ŞOK FAKTLARI
Hadisə 1612

Noyabrın 23-də gənc şair Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı cinayət işi açılıb.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, 27 yaşlı Şaiq Sadıqzadənin özünü ağacdan asaraq intihar etməsi ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Ş.Sadıqzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkət qaydalarının pozulmasının ölümə səbəb olması) ilə iş olub və Goranboy rayon Polid İdarəsində icraatda imiş.

Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı gənc şair və müəllim Şaiq Sadıqzadə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib.

İstintaq müddəti üçün sərbəst buraxılan Ş.Sadıqzadənin daha sonra həbs ehtimalı olub. Bu səbəbdən, eləcə də qəzada insan itkisinin olması Şaiqdə dərin psixoloji sarsıntılar yaradıb və o, həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zaqatalada 47 yaşlı kişi özünü asıb

Zaqatalada 47 yaşlı kişi özünü asıb

Zaqatalada 47 yaşlı kişi intihar edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 15 radələrində rayonun Yengiyan kənd sakini, 1971-ci il təvəllüdlü Sə...

1374 Hadisə 20:14 28 iyun 2018

Son xəbərlər