Azərbaycanda bu şəxslər vergi öhdəliyindən azad edildi

Azərbaycanda bu şəxslər vergi öhdəliyindən azad edildi
Hadisə 3258
 

Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul etdiyi qərarı təsdiq edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.2-ci maddəsinə "hallarda” sözündən sonra ", habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə” sözləri əlavə edilib.

Qeyd edək ki, 77.4-cü maddə vergi öhdəliyinə xitam verilmə hallarını nəzərdə tutur. Beləliklə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları silinmiş şəxslər vergi öhdəliyindən azad edilib.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şad xəbər: bu şəxslərin borcu silindi

Şad xəbər: bu şəxslərin borcu silindi

2017-ci ilin 1 yanvar tarixinə 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 mlrd. 409 mln. 370,7 min manat, aprelin 1-ə isə 41 min 352 vergi ödəyicisinin 1...

15124 İqtisadiyyat 16:54 20 aprel 2017

Son xəbərlər