Azərbaycanda 2 körpə qız satışa çıxarıldı: "Uşaqları sataq ev alaq" – VİDEO

Azərbaycanda 2 körpə qız satışa çıxarıldı: Uşaqları sataq ev alaq – VİDEO
Video
Hadisə 1985
Space Tv-də Amil Xəlilin təqdimatına yayımlan “Gəl Dərdini Danış” sosial-kriminal layihədə dəhşətli anlar qeydə alınıb.Minval.info xəbər verir ki, teleaparıcının Ağsudan çəkdiyi görüntülər izləyənləri heyrətləndirib. Belə ki, verilişə müraciət edən Ağsu sakini Simuzər xanım iki əkiz qız uşağı doğduğu üçün qaynanasının onu evdən qovduğunu bildiirib.Əsl səbəb isəhər kəsi şoka salıb. O bildirib ki, keçmiş əri və qaynanası qızları satıb ev almaq niyyətində imiş. Gəlinin anası da deyilənləri təsdiq edib. “Qızıma qaynanası Dünyabəyim deyib ki, gəl uşaqları sataq sizə ev alaq..”Qarşı tərəf də eyni iddianı gəlin və ailəsinə yönləndirib. Qaynana gəlinin uşaqları atıb getdiyini bildirib… Qeyd edək ki, Simuzər xanımın həyat yoldaşı daha əvəl də evli olub. Birinci evliliydən olan uşağın birinə qaynana baxsa da, digər uşağa görə ailə oğlunun birinci arvadına aliment ödəyir. Üstəlik nikah dövründə alınan ev bölünməyib, şərtsiz olaraq birinci xanıma verilib…Məsələ bununla da yekunlaşmır. Teleaparıcı hər iki tərəfin məhkəmədən narazı olduğunu, əsas da icraçıların bu işə səhlənkar yanaşdığını bildirib.Hər iki video görüntüləri sizə təqdim edirik.BAKU.WS

Son xəbərlər