Azərbaycanda 13 yaşlı qızını öldürən atanın saxlanma anı kameraya düşdü (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
13 yaşlı qızını öldürən 50 yaşlı Əşrəf Süleymanovun saxlanımla anının görüntüləri ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, cinayətkarın Qubanın Zərdabi kəndindəki nevroloji dispanserdə qeydiyyatdadır və bir neçə dəfə orada müalicə olunduğu məlum olub. Amma anası Səfurə Süleymanova oğlunu evə gətirib. Nəticədə nənənin öz adını daşıyan Səfurə paltarını gec gətirdiyinə görə atasının qəzəbinə tuş gəlib.
Bu barədə Quba İH başçısının Alpan kəndi üzrə nümayəndəsi Tofiq Qubadov İstiPress-in Şimal bürosuna məlumat verib. "Neçə dəfə anasına dedik, gətirmə, gətirdi. Nəticə də faciə ilə nəticələndi."-deyə icra rəsmisi bildirib.
Hazırda Quba polisinin saxladığı ata Əşrəf Süleymanov prokurorluqda dindirilir. Onun hadisəni törədərkən anlaqlı olub- olması mütəxəssilərin iştirakı ilə araşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ata 13 yaşlı qızını niyə öldürdü? ŞOK cinayətin TƏFƏRRÜATI (VİDEO)
Dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı. Qətl hadisəsi Quba rayonunun Alpan kəndində qeydə alınıb. ARB Şimal xəbər verir ki, kənd sakini Əşrəf Süleymanov...