"Azneft"in özülündə qaz sızması: işçilər evakuasiya olundu

Azneftin özülündə qaz sızması: işçilər evakuasiya olundu
Hadisə 1103

Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə barədə informasiya yayılıb.

BAKU.WS "APA-Ecoonmics"ə istinadən xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.

Ekspert əlavə edib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.

SOCAR-dakı mənbə isə "APA-Economics"ə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, sızmanın qarşısı qısa müddət ərazində alınıb.

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür".

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər