"Azərsu" partlayan boruya çüy taxıb? - ŞİKAYƏT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon Həmzə Babaşov 11 ünvanının sakinləri tez-tez partlayan su borularından narazıdırlar.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Sakinlər iddia edirlər ki, problem 10 ilə yaxındır, var. Səbəb isə partlayan su boruları və onların köhnə üsullarla təmir edilməsidir:
"Hər dəfə borularda qəza baş verəndə bu barədə "Azərsu"ya məlumat veririk. Onlar da gəlib partlayan boruya taxta çüy taxıb, üstünü torpaqlayıb çıxıb gedirlər. 21-ci əsrdə harada görünüb ki, su borusunu taxta tıxacla təmir etsinlər? Məgər bunun müasir və davamlı metodu yoxdur?"
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıya sorğu ünvanladıq.
Qurumun sözçüsü BAKU.WS-ə açıqlamasında bildirdi ki, suyun dayandırılması üçün həm bizdə, həm də digər ölkələrdə taxta yonqarından, ardınca da xamutdan da istifadə olunur.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...