"Azərsu" Hövsana lilli su verilməsi məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərsu" Hövsanda su problemi ilə bağlı açıqlama verib.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin əraziyə verilən su Hövsan qəsəbəsi MİDA yaşayış kompleksinin məsuliyyəti daxilindədir. "Azərsu"nun anbarlarında, su kəmərlərində heç bir problem yoxdur. Su normal verilir.
A.Cəbrayıllı onu da bildirib ki, belə bir şikayət olsaydı, Hövsan qəsəbəsinin özündən də şikayət daxil olardı. Rayon Su Kanal idarəsinin rəhbəri bildirib ki, dünən MİDA-nın özünün nasos stansiyasında qəza baş verib. Təmir işləri aparılıb. Ola bilər ki, təmir işləri ilə əlaqədar sularda müəyyən müddətdə lil olsun.
Qeyd edək ki, sakinlər dünəndən etibarən Hövsana verilən suyun lilli olması ilə bağlı şikayət etmişdilər.
***14:44Bakıda yerli qəsəbələrin birində sakinlər içməli su problemi ilə üzləşib.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Şikayətçilər bildirir ki, dünəndən etibarən palçıqlı sudan istifadə etmək məcburiyyətində qalıblar.
Mövcud problem Hövsan qəsəbəsində yerləşən yaşayış kompleksindədir.
Oxşar xəbərlər
“Uşaq səndən deyil” sözünə görə hamilə arvadını dənizdə boğdu - İSTİNTAQ MATERİALLARI
2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub. BAKU.WS...