"Azərişıq" ASC-nin əməkdaşı faciəli şəkildə ÖLDÜ
26
okt
2024
15:35
Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.
Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub.
Hadisə nəticəsində o, yerindəcə keçinib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda bir kəndi su basıb
Son günlər şimal-qərb zonasında yağan yağışlar Şəkinin Qudula kəndində fəsadlar yaradıb. BAKU.WS report-a istinadən xəbər verir ki, güclü yağış səbəbindən kəndi...