Azərbaycanlı gənc həyat yoldaşını çayda boğulmaqdan xilas etdi, özü boğuldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub.
BAKU.WS azxəbər.com-a istinadla xəbər verir ki, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayələyib.
Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub.
Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir.
Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb.
Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...