Azərbaycanlı futbolçu kimsəsiz uşağı təhqir edərək ona əl qaldırdı - VİDEO - YENİLƏNİB

Azərbaycanlı futbolçu kimsəsiz uşağı təhqir edərək ona əl qaldırdı - VİDEO - YENİLƏNİB
Video
Hadisə 1586

Araz Abdullayev ötən gecə təhqir edib vurduğu Kənan adlı gənclə barışıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu bununla bağlı öz instaqram hesabında paylaşım edib.

Futbolçu Kənana formasını hədiyyə edərək bildirib ki, insanların hadisəyə reaksiyası doğru idi.

***10:29

Futbol üzrə Azərbaycan milli komandasının formasını geyinmiş Araz Abdullayev yeniyetməni təhqir edərək ona əl qaldırıb.

BAKU.WS xəbər verir ki, hadisə ötən gecə Ağ Şəhərdə baş verib.

Məlumata görə, 30 yaşlı futbolçu yeniyetməni əvvəlcə itələyib, daha sonra onu təhqir edərək şillələyib.

Hadisə idmançı "TikTok" sosial şəbəkəsində canlı yayımda olarkən baş verib.

Qeyd olunur ki, idmançının hücum etdiyi oğlan kimsəsizdir və o, maddi vəziyyəti aşağı olduğu üçün təkər qaraltmaqla məşğuldur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.

Qurumun mətbuat xidmətindən Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, görüntülərdən məlumatlıdırlar. Araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər