Azərbaycanın tanınmış idman mütəxəssisi vəfat etdi - FOTO
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov dekabrın 13-də, 89 yaşında vəfat edib.
Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.
Güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakültəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.
30 ildən artıq elmi-pedaqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü, Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Fəridə Məmmədova Salyanda dəfn olunub - YENİLƏNİB - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmə...