Azərbaycanda yüksək vəzifəli şəxs rüşvət alarkən TUTULDU - FOTO/VİDEO

Azərbaycanda yüksək vəzifəli şəxs rüşvət alarkən TUTULDU - FOTO/VİDEO
Video
Hadisə 527

“Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycanda yüksək vəzifəli şəxs rüşvət alarkən TUTULDU - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Yeni klinika”nın direktoru həbs edildi - RƏSMİ- VİDEO

“Yeni klinika”nın direktoru həbs edildi - RƏSMİ- VİDEO

“Yeni klinika” tibb müəssisəsinin direktorunun qanunsuz əməlləri ifşa edilib. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Koronav...

2478 Hadisə 10:23 22 aprel 2021

Son xəbərlər