Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə araşdırma başlanıldı - RƏSMİ

Azərbaycanda yarım milyonluq mənimsəmədə ittiham edilən qadın sahibkar barədə araşdırma başlanıldı - RƏSMİ
Hadisə 139

Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəməsi ilə bağlı açıqlama verilib.

BAKU.WS-in məlumatına görə, Nərimanov rayon Prokurorluğundan “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, “Sara Group” QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır:“Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, ötən gün Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızının işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəməsi barədə məlumat yayılmışdı.

A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər