Azərbaycanda vəzifəli şəxslər cərimələndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada iki kəndin bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Alekseyevka və Xucbala kəndləri əraziləriində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə hər iki kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Göyçayda bələdiyyə sədrləri barəsində protokol tərtib olunub - FOTO
Göyçayda bələdiyyə sədrləri barəsində protokol tərtib olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata gö...