Azərbaycanda vəzifəli şəxsin iş otağında qətlə yetirilməsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Azərbaycanda vəzifəli şəxsin iş otağında qətlə yetirilməsinin təfərrüatı məlum olub - YENİLƏNİB
Hadisə 793

Goranboyda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziya Ələs oğlu mərkəzin baş mühasibi Mirhadi Bağırov tərəfindən qətlə yetirilib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 13 radələrində baş verib. Baş mühasib Mirhadi Bağırov Ziya Əhmədovun bıçaqla boyun nahiyyəsinə vurub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.***14:22

Goranboyda qətl hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.

Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında qətlə yetirilib.

Onu öldürən şəxsin kimliyi dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər