Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
Hadisə 267

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb.

Təhsil idarəsindən Oxu.Az-a verilən məlumata görə yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlər ilə bağlı aparılıb.

Yoxlamalar nəticəsində təhsil müəssisələrində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin zəif təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlara əsasən, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Gəncə şəhər 52 saylı körpələr evi - uşaq bağçasının müdiri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

18 məktəb direktoru və 14 bağça müdiri işdən çıxarıldı

18 məktəb direktoru və 14 bağça müdiri işdən çıxarıldı

2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində mon...

103 Hadisə 12:13 26 aprel 2023

Son xəbərlər