Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən vəzifəli şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılmışdır.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Daha bir təşkilat rəhbəri HƏBS EDİLDİ
“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxs həbs edilib. Baş Prokurorluğun Mətbuat Xid...