Azərbaycanda vəhşilik – İti insanların gözü qarşısında güllələdi - FOTO

Azərbaycanda vəhşilik – İti insanların gözü qarşısında güllələdi - FOTO
Hadisə 1412

Lənkəran şəhərində küçə itlərinin icra hakimiyyətinin əmri ilə güllələndiyi haqda məlumat yayılıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə heyvansevərlər sosial şəbəkələrdə çoxlu paylaşımlar ediblər.

İddiaya görə, hələ 1 yaşı tamam olmayan it icra hakimiyyətinin tapşırığı ilə ağzından qırma ilə vurulub.

Nəticədə itin üst çənə sümüyü qırılıb və burun boşluğuna dolmuş qırma parçaları onun nəfəs almağına imkan vermir:

“Atəş açan şəxs ətrafdakı insanlar tərəfindən polis bölməsinə aparılandan bir neçə dəqiqə sonra azadlığa buraxılıb. 102 qaynar xəttinə edilən şikayətlərə “icra hakimiyyətinin əmri belədir, bizlik heç nə yoxdur” cavabı verilib”.

Azərbaycanda vəhşilik – İti insanların gözü qarşısında güllələdi - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, onlar bu barədə heç kəsə əmr və ya göstəriş verməyiblər: “Biz hadisə barədə polisə müraciət etmişik. İti güllələyən rayon sakini saxlanılıb. Bundan sonra hüquq-mühafizə orqanları araşdırma nəticəsində onun haqqında qərar verəcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yasamal, Xətai və Suraxanı rayonlarının yeni icra başçıları kollektivə təqdim olunub

Yasamal, Xətai və Suraxanı rayonlarının yeni icra başçıları kollektivə təqdim olunub

Bakının Yasamal, Xətai və Suraxanı Rayon İcra Hakimiyyətlərinin yeni icra başçıları kollektivə təqdim olunub.BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...

521 Siyasət 11:24 13 noyabr 2019

Son xəbərlər