Azərbaycanda toyda musiqi üstündə 3 nəfər bıçaqlandı - VİDEO

Azərbaycanda toyda musiqi üstündə 3 nəfər bıçaqlandı - VİDEO
Video
Hadisə 275

Gəncədə toyda musiqi sifarişinə görə dava düşüb.

BAKU.WS xəbər verir ki, Rüfət Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə Namiq Məmmədovla mübahisə edib.

Daha sonra R.Həsənzadə N.Məmmədovu bıçaqlayıb. Bu zaman N.Məmmədovun bacısı və qadının həyat yoldaşı onları aralamağa çalışıb. Həmin vaxt ər və arvad da bıçaq xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rüfət Həsənzadə artıq saxlanılıb.

Yaralananlardan İslamlı Rəna Rasəf qızı döş qəfəsinin sol tərəfindən yaralanmasına görə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər