Azərbaycanda torpaq sürüşməsi olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda torpaq sürüşməsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.
Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə ediblər və aidiyyəti qurumlara məlumat verilib.
Quba Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, icra başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.
Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.
Oxşar xəbərlər
Qubada torpaq sürüşməsi baş verdi, 10 ailə evlərindən köçürüldü - VİDEO
Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ə...