Azərbaycanda tanınmış tiktokerin həbsinin səbəbi bilindi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib.
BAKU.WS-in məlumatına görə, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev qafqazinfo-ya bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb:
“Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.
Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan X. Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb.
Qalereya
Oxşar xəbərlər
Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və... - Bakıda DƏHŞƏT
Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Rəsmi sənədlərə görə, Z...