Azərbaycanda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
09
iyn
2023
10:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.
Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...