Azərbaycanda ŞOK OLAY: 10-cu sinif oğlanı 9-cu sinif qızını evlənmək üçün qaçırtdı - YENİLƏNİB
Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçması araşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə barədə məlumatlıdırlar.
"Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır", - deyə o, qeyd edib.
***12:08
Tərtərdə 9-cu sinif şagirdi qız qaçırılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə kənd məktəblərin birində qeydə alınıb.
Belə ki, 10-cu sinif şağirdi oğlan 9-cu sinif şagirdi qızı evlənmək üçün qaçırıb.
Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.
Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:
"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. İstintaq tərəfindən araşdırma aparılır. Oğlanla qız arasında iki yaş fərq var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma gedi".
Oxşar xəbərlər
DİN: "Bakıda 13 yaşlı qızın ana olması faktı araşdırılır" - YENİLƏNİB - FOTO
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib. BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidm...