AZƏRBAYCANDA ŞOK HADİSƏ: 2-ci mərtəbədən yıxılan 11 aylıq körpə necə sağ qaldı? - VİDEO
Bakıdakı mənzillərdən birində kirayə yaşayan Mirzəyevlər ailəsinin başına bədbəxt hadisə gəlib.
BAKU.WS xəbər verir ki, evin 11 aylıq körpəsi Ərkinaz 2-ci mərtbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Bu barədə "Astar" layihəsində məlumat verilib.
Ərkinaz anası Güllü Mirzəyevanın qucağında olarkən ehtiyatsızlıqdan yıxılıb. Həyətdəki ustaların köməkliyi ilə dərhal xəstəxanaya aparılan körpə reanimasiyaya yerləşdirilib. 20 gün komada qalan Ərkinaz həkimlərin səyi nəticəsində ölümdən qurtulub. 11 aylıq körpənin ikinci mərtəbədən başı üstə beton yerə çırpılması və sağ qalması bir möcüzədir.
Atası Abdulhəsən Mirzəyevin sözlərinə görə, Ərkinaz yaşasa da hazırda görmür, eşitmir, ağlamır və gülmür. Gəzə bilməsi isə sual altındadır.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...