Azərbaycanda şöbə rəisinin sürücüsünün meyiti tapılıb

Salyanda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə rəisinin sürücüsünün evdə meyiti aşkarlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü Çingiz Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evdə tapılıb.
İlkin məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbə rəisinin sürücüsü olan Ç.Qədirova iş yerindən dəfələrlə zəng vurulmasına baxmayaraq, cavab verməyib. Bu gün evə baxış keçirilən zaman onun meyiti yaşadığı evdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...
