Azərbaycanda şagirdlərin olduğu avtomobil qəzaya uğradı: Xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil dəmir maneəyə çırpılıb, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib, geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 2010-cu il təvəllüdlü Əzizova Zərifə Elsevər qızı, 2010-cu il təvəllüdlü Cəfərova Günel Ələsgər qızı, 1969-cu il təvəllüdlü, müəllim Mövludov Bəxtiyar Hafiz oğlu və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadına sataşan kişinin dalınca düşdü, onun atasını gördükdə... - TƏFƏRRÜAT
Kürdəmir rayonunda adam öldürməkdə və adam öldürməyə cəhddə ittiham olunan 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb....