Azərbaycanda Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü: Çox sayda yaralı var - ADLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsəndə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı 10-dan çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda olanlar qızıl mədəninin işçiləridir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, "Hyundai" markalı avtomobil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisinə məxsusdur.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N.Qurbanov,
1985-ci il təvəllüdlü R.Verdiyev,
1985-cu il təvəllüldü A.Məmmədov,
1974-cü il təvəllüdlü V.Əliyev,
1991-ci il təvəllüdlü E.Vəliyev,
1987-ci il təvvəllüdlü R.Əhmədov,
1980-ci il təvəllüdlü K.Nipalıyeva,
1992-ci il təvəllüdlü E.Səddərzadə,
1970-ci il təvəllüdlü A.Səfərov
Oxşar xəbərlər
Baş Prokurorluq və Səfərbərlik Xidməti birgə məlumat yayıb
Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə məlumat yayıb. BAKU.WS xəbər verir ki, birgə məlumatda deyilir: "Hərbi xidmət...