Azərbaycanda rəis qardaşı oğlunu öldürən şəxs intihar etdi - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
***14:07
Xaçmaz rayonunda keçmiş polis rəisi əmisi tərəfindən bıçaqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "oxu.az"-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Təqaüdə çıxan polis rəisi Əliağa Əsgərbəyli ailə münaqişəsi zəminində əmisi tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Daha sonra əmisi Rövşən Əsgərbəyli sənədsiz ov tüfəngi ilə intihar edib.
Qeyd edək ki, Ə.Əsgərbəyli Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olub. O, 2021-ci il avqustun 19-da təqaüdə çıxıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, Ə.Əsgərbəyli həm də Xaçmaz rayonunda yerləşən “Çənlibel” restoranının sahibidir.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...