Azərbaycanda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada öldü

Azərbaycanda  qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada öldü
Hadisə 103

Qusarda qeysəriyyə əməliyyatı keçirən qadın ay yarımdan sonra xəstəxanada ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari il yanvarın 23-də “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ginekologiya və doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirən Aygün Nemətovanın martın 7-də həmin xəstəxananın reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO

Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO

Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...

7685 Hadisə 10:14 23 noyabr 2019

Son xəbərlər