Azərbaycanda qatar relsdən çıxıb, beş vaqon aşıb - ADY-dən AÇIQLAMA - FOTO - YENİLƏNİB 2
Yeniliklərdən dərhal xəbərdar olun
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.
BAKU.WS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidməti hadisəyə münasibət bildirilib.
Qeyd edilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***16:15
Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının beş vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.
BAKU.WS report-a istinadən xəbər verri ki, DİN-in Mətbuat Xidmətindən hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.
*** 15:47Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.
BAKU.WS report-a istinadən xəbər verri ki, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.
Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.
Qalereya
Oxşar xəbərlər
Siyəzəndə dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB
Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonu Zarat kənd sakini Mehdi Elgün oğlu...