Azərbaycanda Qarnizon komandiri qəzaya düşdü - FOTO

Azərbaycanda Qarnizon komandiri qəzaya düşdü - FOTO
Foto
Hadisə 220

Hərbi Polis bölmələrinin Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində, Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib.

Belə ki, Ə.İsmayılovun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi VAZ-2199 markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində VAZ-2199 markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, Ərəstun İsmayılov avtomobili yüksək sürətlə idarə edib və qarşısına çıxan digər avtomobili vurub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı

Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı

Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...

1895 Hadisə 14:00 14 sentyabr 2021

Son xəbərlər