Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlandı

Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı açıqlandı
Hadisə 111

2020-ci ilin birinci yarımilində 1291 qadına qarşı cinayət törədilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə isə ümumilikdə 3091 qadına qarşı isə cinayət törədilib.

Bundan başqa, 2019-cu ildə 1039 qadın tərəfindən, 2020-ci ilin birinci yarımilində isə 463 qadın tərəfindən cinayət törədilib.

Qeyd edək ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər