Azərbaycanda qadını aldadan ekstrasens-psixoloq saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakini olan qadın dələduz ekstrasensin qurbanı olub.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, Suraxanı rayon Əmircan qəsəbə sakini Maisə Bəşirli sosial şəbəkədə özünü ekstrasens-psixoloq kimi qələmə verən Rita adlı qadınla tanış olub. Bu zaman M. Bəşirli ilə Rita arasında pul müqabilində psixoloji dəstək göstərilməsi barədə danışıqlar olub.
Beləliklə, M. Bəşirli ayrı-ayrı vaxtlarda Ritanın bank kartına 2500 manat pul yükləyib. Rita da qarşılığında müxtəlif dərman vasitələrini kuryer vasitəsilə “pasiyent”inə çatdırıb və paralele olaraq, seanslar keçirib. Ancaq bir müddət sonra qadın qəbul etdiyi dərmanların ona heç bir müsbət təsir göstərmədiyini görüb və Ritadan pullarını istəyib. Mənfi cavab aldıqdan sonra isə zərərçəkmiş polisə üz tutub.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq əməlini törədən Rita adlı qadın saxlanılıb. Polisə ifadəsində o, peşman olduğunu bildirib.
Maisə Bəşirliyə dəyən ziyan isə tam olaraq, ödənilib.
Oxşar xəbərlər
Həccdən qayıdan qadın Bakıda hansı oyunlardan çıxdı
Müqəddəs torpaqlara qədəm qoymuş, Məkkəni birlikdə ziyarət etmiş 17 illik rəfiqələri düşmənə çevirən əsas səbəb birinin aldatması, digərinin isə ona aldanması o...