Azərbaycanda qadın ərini bıçaqlamaqda şübhəli bilinir
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz sakini bıçaqlanıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
BAKU.WS xəbər verir ki, kənd sakini 36 yaşlı Namiq İsmayılov mübahisə zəminində qarın nahiyəsindən bir bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
O, əməliyyat edilib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun həyat yoldaşı 32 yaşlı Ləman İsmayılovadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Cinayət işi: Gənc oğlan məktəbli qızı gecə yarımçıq tikiliyə apardı – TƏFƏRRÜAT
Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub. BAKU.WS teleqraf.com-a...