Azərbaycanda professor vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə verilən məlumata görə, K.Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.
Oxşar xəbərlər
Azərbaycanın əməkdar müəllimi, professor Vilayət Əliyev vəfat edib - VİDEO
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) uzun illər çalışmış, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib. BAKU.WS xəbər verir ki...