Azərbaycanda polis bu şəxsi axtarır - Maşını qapıları açıq, işıqları yanılı tapılsa da... - FOTO

Azərbaycanda polis bu şəxsi axtarır - Maşını qapıları açıq, işıqları yanılı tapılsa da... - FOTO
Hadisə 1434

Şabran rayonu Qələgah kənd sakini Ənvər Gülməmməd oğlu Müslümov itkin düşüb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, o, üç gün əvvəl - mayın 21-i səhər saat 04:00-da şəxsi avtomobili ilə yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Azərbaycanda polis bu şəxsi axtarır - Maşını qapıları açıq, işıqları yanılı tapılsa da... - FOTO

Oğlunun sözlərinə görə, Ə.Müslümovun maşını kəndin giriş hissəsində, yolun kənarında qapıları açıq və işıqları yanılı halda tapılıb:

"Telefonuna zənglər çatmır. Polisə və aidiyyatı qurumlara müraciət edilib. Atamın heç kimlə ədavəti və problemi olmayıb və ona görə də baş verənlər bizdə şok effekti yaradıb. Bir oğul və vətəndaş kimi aidiyyatı qurumlardan bizə kömək olmağı xahiş edirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər